TEST TAPŞIRIQLARI







İqtisadiyyata giriş    (test tapşırıqları)

Orta məktəblərdə bütün  siniflər üzrə digər fənnlərdən   test kitabçaları var ki,bu da həmin fənnlər üzrə keçilənləri möhkəmləndirmək üçün çox gözəl vasitədir.Ancaq çox təəssüfləqeyd etməliyəm ki,1997-ci ildən bəri orta məktəblərdə bu fənn tədris olunsa da belə vəsaitlər yox dərəcəsindədir.Odur ki.dərs zamanı keçilənləri möhkəmləndirmək və yoxlamaq üçün bəzi  mövzular üzrə bir neçə test nümunəsini  bloka daxil etmişəm.

1.İqtisadiyyat elm olaraq öyrənir.

a)Hökumət biznesi necə tənzimlənməlidir 
b)Hökumət milli gəlirdən necə istifadə etməlidir
c)İşgüzar təşkilatların müxtəlif tipləri necə işləyir                                                     
d)Qeyri məhdud istəklə məhdud imkanlari daha yaxşı necə birləşdirmək olar

2.Bütün iqtisadi  sistemlərin qarşisinda duran əsas problem

a)İstehsalat imkanlarıdır
b)Resusların məhdudluğudur
c)istensal amilləridir
d)texnologiyadır.

3.Əgər qiymət dəyişən zaman alınmış malların miqdarı sabit qalarsa ,onda tələb haqqinda nə demək olar

a)Tarazlıqdadır
b)Qeyri elastikdir
c)Doyma halındadir
d)Elastikdir

4.Hökumət qərar veribki,respublika uzrə qış dövrundə mal ətinin 1 kq-nın qiyməti 8 manatdan baha ola bilməz o,təyin edib

a) TAVAN qiymətini
b) Qiymət tarazlığını
c).DÖŞƏMƏ qiymətini
d)Orta qiyməti


5.Əgər tələb artarsa, onda mubadilə olunan malin qiyməti və miqdarinda hansi dəyişikliklər baş verir

a)qiymət dəyişir                miqdar dəyişmir
b)artır                      artır
c)aşaği duşur           artır
d)aşağı düşür           aşağı düşür

6.Əgər tələb azalarsa, onda mubadilə olunan malin qiymət və miqdarina hansı dəyişikliklər baş verir

a)Qiymət dəyişmir        miqdar dəyişmir
b)Artir                          aşaği duşur
c)Artir                           artir
d) aşaği duşur               aşağı düşür.

7.Alternativ dəyər  mal və ya əmtəənin dəyiridirki, o ölçülür:

a)statistika bürosu vasitəsilə
b)mal və ya xidmətin əldə edilməsi üçün nəyinsə qurban verilməsi ilə
c) istehlak qiyməti indeksi ilə
d) alınan malın qiymətilə

8.Tələb və təkılf əyrisinin kəsişdiyi nöqtəyə nə deyilir:

a)Qiymət
b) tarazlıq nöqtəsi
c)Qiymət tarazlığı
d)tələb

9.Tələb qanunu bildirir ki:

.a)əgər  malın  keyfiyyəti əladırsa,alıcı onu yuxarı qiymətə almağa hazırdır.
b)satıcı yuxarı  qiymətə aşağı qiymətlə müqayisədə daha çox mal təklif edir.
c)alıcılar   aşağı qiymətə yuxarı qiymətlə  müqayisədə mal almağa daha çox meyllidirlər.
d)qiymət dəyişməsinin əmtəəyə olan tələbin ölçüsünə təsiri az olur.

10)Təklif qanunu bildirir ki:

a)alıcılar keyfiyyətli mal istəyir.
b)istehsalçılar aşağı qiymətə keyfiyyətli mal istehsal edirlər.
c)istehsalçılar yuxarı  qiymətə aşağı qiymətlə nisbətən daha çox mal istehsal etməyə hazırdılar.
d)qiymət dəyişməsi əmtəəyə olan təklifin ölçüsünə təsir etmir.

11)Azad sahibkarlıq sistemi  nəyin üzərində qurulur:

1-özəl mülkiyyətin
2-azad qiymətqoyma sisteminin
3-rəqabətin
a)ancaq 1-cinin
b)ancaq 2-cinin
c)1-ci və 3-cünün
d)hamısının


12.Qiymət qalxdığı halda tələbin ölçüsündə hansı dəyişikliklər baş verir:

a)tələb dəyişmiyəcək
b)tələb təklifdən çox olacaq
c)tələb aşağı düşəcək
d)tələb artacaq.                                  


13.Qiymət endiyi halda təklifin ölçüsündə hansı dəyişikliklər baş verir:
      

a)Təklif tələbdən çox olacaq
b)Təklif aşağı düşəcək
c)Təklif artacaq
d)Təklif dəyişmiyəcək


14.Tələbin elastikliyi nədən aslıdır:

1.Əvəzedici-malın mövcudluğundan
2.Əhalinin gəlirindən
3.Əmtəənin ən zəruri istehlak malı hesab edilməsindən
4.Qiymət dəyişiklikliyinə reaksiya vemək üçün lazım olan vaxtdan
a)Ancaq  1və2-ci
b)Ancaq  2,3 və 4-cü
c)Ancaq  1,3 və 4-cü
d)Bütün sadalananlar
e)Sadalananların heç biri


15.İnhisarçı  rəqabət nəyə deyilir:

a)Bazarda 1 şirkət olanda
b) Bazarda 3-5 iri firma olanda
c)Bazarda müxtəlif çeşidli mallar istehsal edən çoxlu firmalar olanda
d)Bazarda eyni məhsuldan satan  çoxlu kiçik  firmalar olanda





2 yorum:

  1. salam testlerin cavabini nece oyrene bilerik?

    YanıtlaSil
  2. 1d, 2b, 3d, 4a, 5b, 6d, 7b, 8b, 9c, 10c, 11d, 12c, 13b, 14a, 15d

    YanıtlaSil