İŞGÜZAR OYUNLAR



İşguzar oyunlar iqtisadi biliklərin mənimsənilməsində aktiv bir metoddur.İşgüzar oyunlar verilmiş tapşırıq əsasında münasib işgüzar qərar qəbul edilməsini tələb edir.İşgüzar oyunların keçirilməsinin xüsusi effektliyi onunla izah olunur ki,işgüzar oyunlar şagirdlərə tədris prosesində adi bir dinləyici kimi deyil,daxilən fəal  iştirak etməyə imkan yaradır.İşgüzar oyunların məqsədi onun iştirakçılarına bazar iqtisadi şəraitində azad sahibkarlıq haqqında iqtisadi biliklərin əsasını öyrətmək,onlara düzgün və təmiz sahibkarlıq fəaliyyətini formalaşdırmaq və iqtisadi düşüncələrini inkişaf etdirməkdir.Məsələn: Tapşırıq №1”Təşəbbüskar iş adamının  modeli
Müəllim şagirdlərə təşəbbüskar adamın ümumiləşdirilmiş modelini yaratmağı tapşırır.Hər bir şagirdə fərdi surətdə işgüzar adamın keyfiyyətti və bacarığı haqqında öz şəxsi modelini yaratmaq üçün10-15 dəqiqə vaxt verilir.Bunun üçün hər bir şagird fərdi surətdə 10-12 dəq-ə aşağıdakı cədvəli doldurur.
                                                    
Təşəbbüskar İş adamının psixoloji və iş qabiliyyəti
Təşəbbüskar iş adamının bacarığı və biliyi
1

1

2

2

3

3

4

4



Tapşırıq№2
Şirin Dünya”şirkətinin maksimum gəlirini təmin etmək üçün qiymətin müəyyən edilməsi.
“Şirin Dünya” şirkəti futbol oyunları vaxtı yerli stadionda şirniyyat məhsulları ilə ticarət etmək üçün xüsusi  səlahiyyət almışdır. O,öz malına nə qiymət istərsə qoya bilər:1 manat,5 manat,10 manat,ona görə ki, futbol oyunlarına tamaşa etmək üçün gələn azarkeşlər nə isə  bir şey alıb yemək istəyirlər.Qiyməti müəyyən etməzdən əvvəl firma  tələb və təklifə aid tədqiqat aparır,əgər stadion azarkeşlərlə dolu olduqda müxtəlif  qiymətlərlə nə qədər məhsul sata  bilər.Bu tədqiqatın nəticəsi aşağıdakı cədvəldə göstərilmişdir:
Əgər siz şirkətiin sahibi olsaydınız,hansı qiyməti seçərdiniz?Hansı qiyməti seçsəniz  sizi cəsarətlə  xüsusi biznesmen hesab  etmək olar və siz maksimum gəlir götürə bilərsiniz

Bir ədədin qiyməti

Alıcını sayı

Gəlirin həcmi

Ümumi dəyər

Gəlir(ziyan)

1,00
1000
1000
330
670

1,25
800
1000
290
710

2,00
500
750
230
520

2,00
100
200
135
66

5,00
50
250
125
125

10,00
3
30
116
(86)

Hiç yorum yok:

Yorum Gönder