İqtisadi Elmlər
üzrə Nobel Mükafatı iqtisadiyyat elminə edilmiş töhfələrə görə verilən
mükafatdır və bir çoxları tərəfindən, bu sahədə olan mükafatlar sırasında ən
prestijlisi hesab edilir. İqtisadiyyat Alfred Nobelin 1895-ci ildə şəxsən hazırladığı siyahıya daxil
olmasa belə, İqtisadiyyat üzrə Nobel mükafatının digər elmlər üzrə verilən
Nobel mükafatlarl ilə eyni səviyyədə olması hesab edilir. İqtsadiyyat üzrə
mükafat 1968-ci ildə İsveç bankı Sveriges Riksbank tərəfindən yaradılmışdır və
bu bank tərəfindən də maliyyələşdirilir. Bu mükafat ilk dəfə olaraq, 1969-cu
ildə ”iqtisadi proseslərin təhlili üçün dinamik modellərin hazırlanması və
tətbiqinə görə” Danimarka və Norveç alimləri Yan Tinberqen və Raqnar Frisxə verilmişdir.
2009-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatını heç bir qadın almamışdır. 2009-cu ildə bu mükafatı almış Elinor Ostrom iqtisadiyyat üzrə Nobel mükafatı almış ilk qadındır
Tarixdə barıtın ixtirası ilə tanınmış Alfred Nobelin sərvətinin çox hissəsini,hal-hazırda Nobel mükafatı yolu ilə verilən pullar da Bakı neftindən əldə edilən mənfəətin hesabına formalaşmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün elm sahələrii,o cümlədən iqtisadiyyat böyük vüsətlə inkişaf etdirilir.İnanırıq ki,bu mükafatı alanlar sırasında tezliklə öz həmvətənlərimizin adlarını da görə biləcəyik.
İqtisadiyyat üzrə Nobel Mükafatı alanlar:
1969 - Raqnar Friş, Yan Tinberqen • 1970 - Pol Samuelson • 1971 - Saymon Kuznes • 1972 - Con Hikk, Kennet Errou • 1973 -Vasili Leontyev • 1974 - Qunnar Myurdal, Fridrix fon Hayek • 1975 - Leonid Kantoroviç, Tyallinq Kupmans • 1976 - Milton Fridmen • 1977 -Bertil Ulin, Ceyms Mid • 1978 - Herbert Saymon • 1979 - Teodor Şults, Artur Lyuis • 1980 - Lorens Kleyn • 1981 - Ceyms Tobin • 1982 -Corc Stiqler • 1983 - Cerard Debre • 1984 - Riçard Stoun • 1985 - Franko Modilyani • 1986 - Ceyms Byukenen • 1987 - Robert Solou • 1988 - Moris Allays • 1989 - Trüqve Hovelmu • 1990 - Harri Markovits, Merton Miller, Uilyam Şarp • 1991 - Ronald Kouz • 1992 - Hari Bekker • 1993 - Robert Fogel, Duqlas Nort • 1994 - Con Xarsani, Con Neş, Reynhard Zelten • 1995 - Robert Lukas • 1996 - Ceyms Mirrlis, Uilyam Vikri • 1997 - Robert Merton, Mayron Skoulz • 1998 - Amartya Sen • 1999 - Robert Mendell • 2000 - Ceyms Hekman, Deniel Makfadden • 2001 -Corc Akerlof, Maykl Spens, Cozef Stiqlits • 2002 - Deniel Kaneman, Vernon Smit • 2003 - Robert İnql, Kliv Qrendjer • 2004 - Finn Kidland,Edvard Preskott • 2005 - Robert Aumann, Tomas Şellinq • 2006 - Edmund Felps • 2007 - Leonid Qurvits, Erik Meskin, Rocer Mayerson • 2008 - Pol Kruqman • 2009 - Elinor Ostrom, Oliver Uilyamson • 2010 - Piter Daymond, Deyl Martinsen, Xristofor Pisserides • 2011 -Tomas Sercent, Xristofor Sims • 2012 - Elvin Rot, Lloyd Şepli • 2013 - Lars Piter Hansen, Robert Şiller, Eqini Fema • 2014 - Jan Tirol


Hiç yorum yok:
Yorum Gönder