İZAHLI İQTİSADİ LÜĞƏT


               

Bu gün dilimizdə bəzi iqtisadi anlayışlar tez-tez işlənilir.Məsələn: İstehlak büdcəsi,işsizlik səviyyəsi,minimum əmək haqqı,yoxsulluq,yoxsulluq səviyyəsi,tender,menecer və s. Bunlar haqqında bilgin varmı? 
Əgər maraqlanırsansa onda  öyrən!                                                                                     

1.İstehlak büdcəsi-ailənin gəlir və xərclərinin balansı.Bu əhalinin müxtəlif qruplarının həyat səviyyəsini  səciyyələndirir.

2.İşsizlik səviyyəsi-İşsizlərinin sayının qeydə alınmış iş qabiliyyətli  fəhlə və qulluqçuların  ümumi sayına nisbət göstəricisidir.
3.Yoxsulluq-fərdin və yaxud ailənin tələbatının mövcud  vasitələrdən çox üstün olmasıdır. 
4.Yoxsulluq  səviyyəsi-əhalinin gəlirinin   50%-dən çoxu ərzaq məhsullarının alınmasına sərf edilərsə,bu yoxsulluq hesab edilir.
5.Ümumi Daxili Məhsul-(ÜDM)-Müəyyən müddətdə ölkə daxilində istehsal edilmiş əmtəə və xidmətlərin ümümi  bazar dəyəri.
6.Ümumi Milli Məhsul-(ÜMM)-Müəyyən müddətdə ölkənin daxildə və kənarda  İstehsal etdiyi əmtəə və xidmətlərin ümumi ölçüsü.
7.Tender-Əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin  xüsusi forması.Bunun xarakterik xüsusiyyəti ondan ibarətdit ki,sifarişi yerinə  yetirməyə bir çox  tədarükçü və podratçı  cəlb olunur.Məqsəd tenderi təşkil edənin ən əlverişli olanını seçməkdir.
8.Menecer-Sahibkar tərəfindən təyin edilmiş və istehsalın idarə edilməsini təşkil  edən yüksək ixtisaslı mütəxəssis.     
9.Alternativ -Bir-birinin əksinə olan imkan və qərarlar içərisində yeni bir variantın seçilməsi.
i.

İqtisadi terminlər mövzusundakı videolar

730 dəfə izləndi. 3 nəfər faydalı gördü.

Deflyasiya nədir?

İqtisadçı Vüqar Bayramov
İqtisadçı
Vüqar Bayramov
İqtisadi terminləri ekspert Vüqar Bayramovdan öyrənin

Mövzu etiketləri



Hiç yorum yok:

Yorum Gönder