ƏSRİN MÜQAVİLƏSİ


Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının

inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da 
möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil 

Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. 



(HeydəƏliyev)





Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.
Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir.
Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi nəticəsidir.
Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür.
Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.
Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.
Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.
Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.
Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün – 1993-cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir.
Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.
Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.
Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2013-cü il.

2015-ci ilin büdcəsi

Büdcə kəsiri 1 milyard 662 milyon manat proqnozlaşdırılıb
Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsində neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanıb.
Bu barədə Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb. 
Gələn ilin büdcə kəsiri 1 milyard 662 milyon manat proqnozlaşdırılıb.
Qeyd edilib ki, gələn ilin büdcəsində gəlirlər 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz, xərclər isə 5,2 faiz çoxdur.
Proqnozlara görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 65,3 faiz, qeyri-neft sektoru üzrə daxilolmalar isə 34,7 faiz təşkil edəcək                        






Müstəqilliyimiz əbədidir!


18 oktyabr - Azərbaycan Dövlət müstəqillik günüdür!
Bayramınız mübarək!



.Biz xoşbəxtik ki, xalqımız azadlığa çıxıbdır. Biz xoşbəxtik ki, bizim özümüzün müstəqil dövlətimiz var. Biz xoşbəxtik ki, Azərbaycan dünya birliyində, dünya dövlətləri içərisində , bütün beynəlxalq təşkilatlarda özünə yer tutub və Azərbaycan hər yerdə böyük gələcəyi olan nüfuzlu bir ölkə, Azərbaycan kimi tanınır. Müstəqil, azad Azərbaycanımıza gözəl gələcəklər arzu edirəm.”
HEYDƏR ƏLİYEV
Xoşbəxtlik nədir? Həyatın müəyyən anlarında hər birimiz bu mifik sualın cazibəsi altına düşür, iç dünyamızın gizli qapılarında var-gəl edən cavab selinin səmimilik və dolğunluğunda yarımçıqlıq görərək dəfələrlə bu sualla özümüzə müraciət edirik. İçimizə hüzur gətirəcək cavab tapana qədər bu sual məni də düşündürürdü. Lakin bu gün sualın cavabını tapanlar qismində mən də varam. Xoşbəxtlik – müstəqil Vətənində özün olaraq addımlamaq, milli mənsubluğundan duyduğun qüruru sözdə və əməldə yaşamaq, “Mən Müstəqil Azərbaycan Respublikasının azad vətəndaşıyam” deyə bilməkdir! 
Ancaq müstəqillik hədiyyə edilmir, onun uğrunda vuruşmaq, mübarizə aparmaq gərək. Lakin onun qazanılmasına vəsilə olan Tanrı xilaskarları olarsa, bu möhtəşəm anlayışın özünütəsdiqi daha qüdrətli olar. Odur ki, bu gün əminliklə deyə bilərik, dünya üzrə yaşayan 60 milyon Azərbaycanlının 9 milyonu məhz dahi şəxsiyyət Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sayəsində MÜSTƏQİL AZƏRBAYCANA sahibdir. Məhz dahi Azərbaycan Liderinin sayəsində müstəqilliyimizin son 22 ilini – 1991-2013-cü illəri intibah və tərəqqi dövrü olaraq yaşayırıq və Müstəqil Azərbaycan böyük Azərbaycansevər Heydər Əliyevin dediyi kimi, dünyaya Günəş kimi işıq salır. Tarixən azad olmaq, hürriyyətə qovuşmaq bu xalqın ən böyük arzusu olmuş, hətta qüdrətli Azərbaycan sərkərdəsi Babəkin dediyi kimi, bir gün azad yaşamağı qırx ilin köləliyindən üstün tutmuşdur. Cəmi 23 ay davam edən Azərbaycan Demokratik Cümhuriyyətin süqutu ilə 70 illik müstəmləkə həyatı belə bu xalqın azadlıq yanğısını söndürə bilmədi... Suya həsrət torpaq kimi alovlandı bu istək... Nəhayət, xalqın tələbi, mücadiləsi ilə Azərbaycan Ali Sovetinin 1991-ci il 18 oktyabr tarixində keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Lakin erməni şovinizmi, rus imperializminin uzaq zamana hesablanmış çirkin planları müstəqillik siyasətinin reallaşmasına maneə oldu. Müstəqil oldu Azərbaycan, lakin onu yaşaya bilmədi... 
Belə təlatümlü zamanda xalq Heydər Əliyevi 1991-ci il sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə sədr vəzifəsinə seçdi. Güclü xarakterə, prinsiplərə sahib idi Heydər Əliyev, güclü siyasi bacarığından, nüfuzundan istifadə edərək Naxçıvan ərazisində ermənilərlə danışıqlar apardı, atəşkəsə nail oldu, Naxçıvan torpağının, xalqının ürəyində bir ümid qığılcımı yandırdı. Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanın Ali Məclisinə gətirərək dalğalandıran da Məhz Heydər Əliyev oldu. 
Lakin paytaxt Bakı daxil olmaqla bütün bölgələrdə tüğyan edən xaos, böhran, hər gün cəbhədən evlərə gətirilən şəhid övladların nəşi, qədim Oğuz ərazilərimizin bir-bir əldən getməsi,insanlığa qarşı cinayət aktı olaraq qəbul olunan Xocalı faciəsinin törədilməsi həmin dövrün real mənzərəsi idi. Bir tərəfdən Qırmızı imperiyanın, erməni azğınlarının , digər tərəfdən Xalq cəbhəsi-Müsavat cütlüyünün hakimiyyətdə olarkən dövlət mexanizmini iflic vəziyyətə salması, iqtisadi-siyasi böhranın Kəlbəcər, Füzuli, Cəbrayıl və s. rayonlarımızın əldən getməsi ilə nəticələnməsi, cənub bölgəsində Talış-Muğan Respublikası yaratmaq istəyi kimi neqativ hallar Vətənin, xalqın qüdrətli Liderə, möhkəm ələ, vahid Azərbaycançılıq ideologiyasını yaradacaq şəxsə ehtiyacı olması demək idi. Xalq həmin şəxsin kim olduğunu bilirdi və iradəsinə hakim olaraq Xilaskarın doğma Vətənə gəlməsinə nail oldu: həmin şəxs Heydər Əliyev idi. Özünün də dediyi kimi, hakimiyyətə vəzifə üçün deyil, xalqını fəlakət silsiləsindən, daxili hərcmərclikdən, parçalanmaq qorxusundan, hər gün axıdılan şəhid qanlarından xilas etmək üçün gəldi. Xalqın “Bizi bu bəladan xilas et!” çağırışı cavabsız qala bilməzdi. Müstəqil idi Azərbaycan, ancaq onun gəlişi ilə bu müstəqilliyi sözdə deyil, əməli fəaliyyətdə, real inkişafda, əmin-aman həyat tərzində tapdı xalqımız. 
1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsilə 91 nəfər tanınmış Azərbaycan ziyalısı ona müraciət edərək böyük siyasətə qayıtmağı xahiş etdi. Azərbaycanın bütün ziyalı şəxslərinin Heydər Əliyevi Azərbaycanın xilaskarı olaraq görmək arzusu, nəhayət, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranması ilə nəticələndi. 1993-cü il iyunun 3-də Naxçıvandan Bakıya gələn Heydər Əliyevin iyun ayının 15-də Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçilməsi, 1993-cü il oktyabrın 3-də isə səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçilməsi ilə MÜSTƏQİL AZƏRBAYCANIN həyatında dönüş mərhələsi, tərəqqi erası başlandı. Təbii ki asan olmadı... Məhəmməd Peyğəmbərin dediyi kimi: “Cənnət qılıncların kölgəsindədir” və bu cənnəti qurmaq, yaratmaq üçün qılıncların altından keçmək labüd idi... Uğur silsiləsi başlandı; Uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəs əldə edildi, 1994-cü ilsentyabrın 20-də Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan, Azərbaycan xalqının həyatında qlobal əhəmiyyətə malik “Əsrin müqaviləsi” imzalandı. Bu illərin özündə belə Ulu Öndər Azərbaycan xalqının müstəqilliyini boğmağa çalışanlara qarşı mübarizə aparırdı: Müstəqil və bölünməz Azərbaycan naminə ! 
Heydər Əliyevin rəhbərliyi və xalqın referendumu nəticəsində 1995-ci il noyabrın 12-də Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Zaman bu qanunun nə qədər kamil sənəd olduğunu təsdiqlədi. Müstəqil dövlətimiz öz mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalandı və Azərbaycan xalqı öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazandı. Bu coşqun fəaliyyət, ağır iş qrafiki mükəmməl və müstəqil Azərbaycan naminə idi. Azərbaycan Respublikasının Prezidenti olaraq fəaliyyət göstərdiyi 10 illik müddətdə Azərbaycan intibahının qızıl dövrünü yaşadı, çox dövlətlərin heyranlığına səbəb olaraq sürətli və universal inkişafa qədəm qoydu. Öz təbirincə desək: “Mən Azərbaycanda əbədiyəm” deyərək Azərbaycan Heydər Əliyevin şah əsəri oldu. 50-ci illərdə mürtəce ədəbiyyat elan olunaraq oxunması qadağan edilən “Kitabi-Dədə Qorqud” dastanı layiq olduğu ali dəyəri aldı, YUNESCO səviyyəsində 1300 illik yubileyi qeyd edildi. Hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, dilinin, ziyalısının hamisinə çevrildi. Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü ikinci dəfə təkrarlana biləcək “37-ci il repressiyası”ndan xilas etdi.Onlarla Azərbaycan ziyalısının – N,Gəncəvi, M.Füzuli, İ. Nəsimi, N.Tusi, M.P.Vaqif, Aşıq Ələsgər, S.Vurğunun yubiley və əsərlərinin nəşrini həyata keçirdi.Azərbaycan romantizminin banisi, cəmi 59 il ömür sürmüş Hüseyn Cavidin nəşini İrkutsk vilayətindən Naxçıvana gətirərək orada dəfn etdirdi. Vətəninə aid hər məqamda diqqətcil olan Ümummilli Lider Ana dilinə münasibətdə də mühafizəkar oldu. 1918-ci ildən 1995-ci ilə qədər mütəmadi olaraq adı dəyişikliyə uğrayan dilimiz, nəhayət, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan konstitusiyada Azərbaycan dili adlandırıldı.2001-ci il 9 avqust tarixi “Azərbaycan əlifbası və Azərbaycan dili Günü” təsis edildi. 
Türkiyə Cümhuriyyətinin yaradıcısı böyük Mustafa Kamal Atatürkün dediyi “ Milli mənşəyi olmayan xalqlar başqa millətlərin ovudur”,- fikrinə təsdiq olaraq Heydər Əliyev əsasında türkçülük, islamçılıq və müasirlik olan milli ideologiyanın əsasını qoydu. 
Heydər Əliyev təbiətcə daim gənc insan idi, tükənməz enerji, hər kəsi heyrətləndirəcək dinamizm, yenilikçi olan Lider həm də Azərbaycan gəncliyinin ən yaxın dostu, şəxsi örnək nümunəsi idi. Buna görə də onun 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ilə Dövlət Gənclər Siyasəti formalaşdı, Gənclər və İdman Nazirliyi yaradıldı. 
Heydər Əliyev Azərbaycan gəncliyini Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, dövlət müstəqilliyini müdafiə edə bilən qüvvə kimi dəyərləndirirdi. 1996-cı il fevral ayının 2-də keçirilən Gənclər Forumunun ardınca 1999, 2003, 2005, 2008,2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərin həyatında mühüm dönüş yaratdı, azərbaycançılıq ideologiyasının ən yüksək amal olduğunu anlatdı. 
1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün aparıcı siyasi təşkilata çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin çoxluq təşkil etməsi Heydər Əliyev diqqətinin, qayğısının ən gözəl nümunəsidir. Bu gün də bu ənən-diqqət, qayğı davam edir və Yeni Azərbaycan Partiyasının 600 min üzvünün 40% -ni gənclər ordusu təşkil edir. Bəli, Heydər Əliyev dühası, Liderliyi Azərbaycanda əbədidir. Nə qədər ki, Müstəqil Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də olacaq, onun adı Azərbaycanın özü qədər əbədi olacaq. 
Bu gün Ümummilli Lider Heydər Əliyev siyasəti layiqli davamçısı oktyabr ayının 9-da 84,55% səs çoxluğu ilə xalqın etimadını qazanaraq yenidən lider seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində uğurla davam etməkdədir. Hal-hazırda Ulu Öndər Heydər Əliyevlə başlanan intibah Prezidentimiz cənab İlham Əliyevin şəxsində məntiqi davamını tapmış və zamanın sürət həddini dəf edəcək qədər universal və dinamikdir. Prezidentlik fəaliyyətinin 10 ilində “Güclü Azərbaycan – Güclü Lider” reallığının şahidi olduq. Azərbaycan elmi, mədəniyyəti, təhsili, səhiyyəsi, daxili-xarici siyasəti, beynəlxalq əlaqələri görünməmiş tərəqqiyə qədəm qoydu. Bu inkişafa “DAVAM!” – deyən xalq builki seçkilərdə də alternativi olmayan namizədinə, onun real əməli fəaliyyətinə, Güclü Azərbaycanın daha parlaq gələcəyinə səs verdi. Xalq bir daha sübut etdi: O,öz liderini tanıyır, ona güvənir. Güclü Azərbaycan isə Güclü Lider deməkdir! Bir dəfə hakimiyyətdə olan, lakin xaotik qruplaşmadan başqa heç bir mahiyyəti olmayan müxalifət isə bu günün real Azərbaycanına gərək deyil. 
Xalqın nümayəndələri arasında Prezidentimizi dəstəkləyən bizlər – gənclər ordusu da vardı, yaşı müstəqilliyimizlə yaşıd olan Azərbaycan gəncliyi. Dövlətə, dövlətçiliyə xidməti həyat qayəsi olaraq qəbul edən, hər zaman dövlətinin qayğı-diqqətini görən, onun üçün dəyərli olduğunu bilən gənclər ordusu! Müstəqil və lider Azərbaycan gəncliyi Prezidentinin daxili-xarici siyasətini dəstəklədiyini, onunla bir olduğunu bütün dünyaya bəyan etdi. Gənclərin öz bilik-bacarıqlarını, təbii potensialını Vətənə yararlı şəkildə reallaşdırmasını, cəmiyyətdə layiqli yerlərini tutmasını təmin etmək üçün cənab İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycan Respublikasının Dövlət Gənclər siyasəti nəticəsində 2003-cü ildən təhsil sistemimizin dünya standartları səviyyəsinə qaldırılması üçün 16 Dövlət Proqramının imzalanması, “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” adlı Proqramlar məhz müstəqil gəncliyin real inkişaf istiqamətinə hesablanmışdır. 
On illik tərəqqi gənclər sahəsi ilə bərabər ölkədə bütün sahələri əhatə etmişdir. Nəticədə 2003-2013-cü illərdə ölkə iqtisadiyyatı 3,4 dəfədən çox artmış, Azərbaycan iqtisadi inkişaf tempinə görə müasir dünyada lider dövlətə çevrilmişdir. Orta əmək haqqı 5 dəfə, orta pensiya 9 dəfə, sosial müavinət 7 dəfə artmışdır. Yoxsulluq 6 %-ə, işsizlik 5,2 faizə düşmüşdür. On il ərzində təhsilə büdcə ayırmalarının həcmi 6 dəfədən çox artmış, 2500-ə yaxın məktəb inşa edilmiş, səhiyyəyə büdcə ayırmalarının həcmi təxminən 11 dəfə artmış, 500-dən çox tibb müəsssisəsi, 58 Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər istifadəyə verilmişdir. AZERSPACE – 1 adlı süni peykimizin orbitə buraxılması isə hələ çox möhtəşəm yeniliklərin, uğur yolunun qarşıda olması deməkdir .Yol isə QƏLƏBƏYƏ aparır, çünki Tanrının qoruduğu və xalqın dəstəklədiyi Vətən və Lider birmənalı olaraq qalibiyyət uğuruna layiqdir. 
Əbədi müstəqilliyin və Qələbələrin mübarək , Azərbaycanım !






  
 

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.
Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Hiç yorum yok:

Yorum Gönder