G hərfi ingiliscədə Great – yəni Böyük sözünün baş hərfidir. Odur ki, biz G-20-ni Azərbaycan dilində Böyük iyirmilər şəklində deyirik.
Böyük sözü 20 ölkənin birlikdə təşkil etdiyi qeyri-rəsmi qrupa doğrudan da yaraşır.
Bu ölkələr dünya sənayesinin 85 faizini, ümumi milli məhsulun 90 faizini, dünya ticarətinin 80 faizini və dünya əhalisinin isə 65 faizini təmsil edirlər.
Maliyyə nazirlərinin və mərkəzi milli bank direktorlarının 20-lər qrupu 1999-cu ildə qlobal iqtisadiyyat problemlərini çözmək məqsədi ilə sənayecə inkişaf etmiş 20 ölkəni bir araya gətirərək yaradılıb.
Böyük 20-lərin mandatı
G-20 qrupu qeyri-rəsmi qrup olduğundan icbari qərarlar qəbul etmir, lakin bununla belə inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrlə bağlamaqla dünya iqtisadiyyatına əvəzsiz töhfə verir.
Yaranma səbəbləri
G-20 1990-cı illərdə dünyanı bürüyən maliyyə böhranına cavab olaraq yaradılıb.
Bu həmin vaxtlar idi ki, sənayecə inkişaf etmiş ölkələr dünyanın inkişaf etməkdə olan ölkələrinin qlobal iqtisadiyyat məsələlərinin müzakirəsində iştirakının çox cüzi olduğunu başa düşdülər.
Bu məqsədlə G-20-dən əvvəl G-7 qrupu yaradılmışdı.
1998-ci ildə isə Vaşinqtonda hətta G-22-nin görüşü oldu.
Bu görüşdən məqsəd, necə deyərlər, qeyri G-7 ölkələrini qlobal maliyyə-iqtisadi problemlərinin həllinə cəlb etmək məqsədi güdürdü.
Sonralar G-22, hətta G-33 qruplarının məsləhətləşmələri bu üsulun qlobal problemləri həll etməkdə faydasını göstərdi.
G-20 formatında mütəmadi forumlar keçirmək təşəbbüsü 1999-cu ildə təsisatlandı.
Üzvlər
Böyük iyirmilər 19 ölkənin maliyyə nazirlərinin və mərkəzi bank direktorlarının məşvərət orqanıdır.
Bu orqana Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Türkiyə, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı daxildir.
Avropa İttifaqı forumlarda Avropanın növbəli sədri və Avropa Bankının rəhbəri tərəfindən təmsil olunur.
Qlobal maliyyə problemlərini qlobal maliyyə təsisatlarının iştirakı olmadan müzakirə etmək qeyri-mümkün olduğundan forumlarda bir qayda olaraq, Beynəlxalq Valyuta Fondunun rəhbəri, habelə Dünya Bankının başçısı da iştirak edirlər.
Nailiyyətlər
Tarixçəsinin qısalığına baxmayaraq G-20 indiyədək qlobal miqyasda bir çox mühüm uğurlar qazanıb.
Maliyyə sistemində pozuntuların, terrorçu təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması kimi sahələri misal gətirmək olar.
Bundan əlavə Böyük 20-lər özlərinin maliyyə və idarəetmə sistemi ilə nümunə rolunu oynayırlar.
Qrup həmçinin vergilər, gömrük rüsumları sahəsində beynəlxalq baxımdan standartlaşdırılmış qaydaların yaradılmasında mühüm rola malikdirlər
Dünya Bankı Birləşmiş Millətlər Təşkilatının (BMT) pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılıb. Bu razılaşma 1944-cü ilin iyul ayında baş tutmuşdur və bununla da Dünya Bankı yaradılmışdır. Bankın yaradılmasında məqsəd II Dünya Müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərmək olmuşdur. İki il sonra bank özünün ilk kreditini 250 mln doll. olmaqla Fransaya müharibəsonrası yenidənqurma işləri üçün ayırmışdır. Bu təşkilatın rəsmi adı: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı idi. Bank öz işinə başlayarkən cəmi 38 üzvü var idi. Lakin, 50-60-cı illərdə dünyada yeni dövlətlərin sayının artması ilə, onun üzvlərinin sayı əhəmiyyətli dərəcədə artdı. Məlum olduğu kimi, 1923-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı, dünya valyuta sisteminin stabilliyini məhv etdi.Buna görə də dünyada yeni valyuta sisteminin yaranmasına ehtiyac var idi.Bu ehtiyacı qarşılamaq üçün 1944-cü ildə Amerika Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransı keçirildi.Bu konfransda qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi.Beləliklə, dünya valyuta sisteminin yeni forması – Bretton Vuds sistemi yarandı. Bretton Vuds konfransında iki müqavilə imzalanmışdır:
Bretton Vuds sistemi, dolların dünya ehtiyat valyutasına çevrilməsi demək idi. Bu da ona gətirib çixardı ki, dünya iqtisadiyyatında ABŞ-ın rolu aparıcı oldu. Bretton Vuds sisteminin ən önəmli cəhətlərindən biri odur ki, müharibə nəticəsində dağıdılmış beynəlxalq təsərrüfat əlaqələri, istehsal və ticarət bərpa olundu.
Bildiyimiz kimi Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Terminoloji mənada Dünya Bankı dedikdə "Beynəlxalq İnkişaf Assosiasiyası" və "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı" nəzərdə tutulur..Ancaq Dünya Bankının fəaliyyət sahəsi geniş olduğundan adları çəkilən 2 qurum bankın fəaliyyətini tam həcmdə həyata keçirməyə bəs eləmir.Əlavə 3 qurum yəni: Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz yuxarıda qeyd olunan 2 qurumla birgə Dünya Bankı ailəsini yəni, Dünya Bankı Qrupunu əmələ gətirir. Dünya Bankı Qrupunu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:
Dünya Bankı anlayışı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası qurumları ilə yekunlaşır. Belə ki yuxarıda adları çəkilən 5 qurum birlikdə yeni bir anlayışı, yəni Dünya Bankı Qrupu-nu təşkil edirlər. Dünya Bankı Qrupu (DBQ) tərkibindəki 5 qurumla yoxsulluğun azaldılması və dünya iqtisadiyyatının inkişafının qarantıdır. DBQ 185 ölkənin üzv olduğu nəhəng iqtisadi təşkilatdır.
Dünya Bankı ( BYİB və BİA) fəaliyyətini inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) əsasən aşağıdakı sahələrə yönəldib:
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) üzv ölkələrə uyğun normalarla kredit verməklə yanaşı, kasıb ölkələrə də qrantlar ayırır.Xüsusi layihələr üçün ayırılmış kreditlər və qrantlar cox vaxt müəyyən sektorlarda və eləcə də iqtisadiyyatda yeni və daha böyük dəyişikliklərlə əlaqələndirilir.Məsələn, sahilboyu ərazilərdə ekoloji sabitliyi qorumaq üçün ayırılmış kreditlər yeni ekoloji təşkilatların yaraması ilə bərabər, çirklənmənin qarşısını almaq üçün yeni üsulların tapılması ilə də nəticələnir.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA) isə özəl sektora investisiya daxil edir və bu investisiyaların təminatçısı rolunu oynayır.
Yuxarıda qeyd edildiyi kimi , Dünya Bankı Qrupu BMT-in ixtisaslaşmış qurumlarından biridir və onun 185 üzvü vardır.Təşkilatın baş qərargahı Vaşinqtonda yerləşir.Ənənəyə uyğun olaraq , Dünya Bankının Prezidenti ən iri səhmdar ölkənin vətəndaşı olmalıdır.Prezident 5 illik müddətə seçilir və nəzarəti həyata keçirir.
|
BÖYÜK 20-LƏR SAMMİTİ NƏDİR?
Kaydol:
Yorumlar (Atom)
Hiç yorum yok:
Yorum Gönder