İQTİSADİYYAT NƏDİR?



ZAMANIN TƏLƏBİ




Bütün elmlər şərəfli və faydalıdır.Bəlkə də ingilis dilinin mürəkkəbliyini araşdırıb gözəl bir dilçi alim olmaq mümkündür.Fizika elminin incəliklərinə yiyələnməklə kainatin qaranlıq məqamlarını araşdırmaq da şərəfli işdir,eyni zamanda yaxşı bir həkim olub insanlara şəfa gətirmək də .  Bu sadalananları artırmaq da olar.Ancaq həyatımızın  elə bir sahəsi var ki, məhz onun durumu və gələcək perespektivi bu elmlərin  hər hansı birinin mövcudluğunda belə həlledici rol oynayır.   Söhbət iqtisadiyyatdan gedir. İnkişafımızın bu günü və xüsusi ilə də sabahı tarix,fizikadan,filologiya və kimyadan daha çox iqtisadiyyatdan asılıdır.Yəqin sizlər də bu fikir ilə razılaşarsınız ki, dünyanı fəth etmək və bəşəriyyətdə öz sözünü demək üçün keçmişdəki  kimi süngü davası aparmaq yox,məhz güclü  iqtisadiyyata malik olmaq lazımdır. Bu gün iqtisadi biliklərin əsaslarına yiyələnmək hamı üçün  gərəkli və faydalıdır,dövrümüzün tələblərinə  çox uyğundur.Odurki,bu fənnin tədrisi və normal təşkili  məqsədi ilə iqtisadiyyatın  mahiyyəti,cəmiyyətdə rolu,burada insanın həlledici bir amil kimi fəal iştirakı,onun iqtisadi həyatda davranış qaydalari və s. haqqında yığcam və aydın təsəvvürlər yaratmaq məqsədi ilə bu bloku yaratdım.Əgər sizlərdən  kimsə  bu bloka baxıb nə isə oxuyub və gələcək fəaliyyətində öz müsbət təsirini göstərərsə,çox sevinərəm.Sizə bu çətin və şərəfli yolda uğurlar arzu edirəm.


İQTİSADİYYAT NƏDİR?
Corey 018.jpg

Hər bir şəxs öz gündəlik tələbatını ödəmək üçün müəyyən qədər qida məhsulu qəbul etməlidir. Çörək, yağ, pendir, ət və s. süfrələrə gələnə qədər uzun bir yol keçir. Məsələn, çörək hazırlamaq üçün müxtəlif peşə sahibləri əmək sərf edirlər. Əvvəlcə taxıl əkilir, suvarılır, sünbüllər yetişəndə biçilir, döyülür, alınan buğda üyüdülür və nəhayət, undan çörək bişirilir. Digər qida məhsulları da asanlıqla başa gəlmir. Bundan əlavə, insanın geyim, mənzil tələbatı da ödənməlidir. Ehtiyaclarını təmin etmək üçün hər bir ölkə vətəndaşı işləyir və müəyyən gəlir əldə edir. İnsanın yaşayışı üçün lazım olan vəsait bu gəlirlə ödənir. Gəlir nə qədər çox olsa, tələbat da bir o qədər yaxşı ödənəcək. Əlavə vəsaitə təzə mebel, paltar, kömpüter, maqnitofon və s. almaq mümkündür. Lakin bütün hallarda gəlirlər məhduddur. Mütləq qənaət etmək lazım gəlir. Hər kəs müxtəlif çeşidli mallar içərisindən faydalı hesab etdiyini və imkanına uyğun gələni seçir.
 Sahibkarların da öz problemləri var. Onlar da həmişə seçim qarşısında olurlar: İki müxtəlif məhsuldan hansını hazırlamaq daha yaxşıdır? Hər məhsuldan nə qədər satışa buraxılmalıdır? Əlavə işçi cəlb etmək lazımdırmı? Yeni mexanizmlər alınmalıdır, yoxsa köhnə mexanizmlərdən istifadə etmək daha səmərəlidir?
 Bu sualların sayını artırmaq da olar. Sahibkarlar bütün hallarda az məsrəflərlə daha çox gəlir əldə etməyə, vəsaitləri qənaətlə xərcləməyə çalışırlar.
 Hökumət də geniş imkanlar seçimi ilə üzbəüz qalır: Əlavə fabrik və zavodların tikintisi üçün vəsaitlər nə qədər və hansı qaydada ayrılmalıdır? Kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrini necə artırmaq olar? Hansı bitkilərin əkilməsinə üstünlük verilməlidir? Məhsul buraxılışı necə qurulmalıdır ki, qıtlıq yaranmasın? Hansı məhsullar ölkə daxilində hazırlana bilər, hansılar xaricdən gətirilməlidir? Pulun dəyərdən düşməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
 Bunların və buna bənzər digər sualların düzgün cavablandırılmasının ölkə üçün, onun vətəndaşları üçün mühüm əhəmiyyəti var.
 Bütün bu məsələləri iqtisadiyyat elmi öyrənir.
 İqtisadiyyat – insanların öz ehtiyaclarını təmin etmək məqsədilə məhdud vəsaitdən necə istifadə etməsi barədə elmdir.
 İqtisadiyyatda qənaət vacibdir. Qənaət etmək – lüzumsuz xərclərin aradan qaldırılmasına, itkilərin azaldılmasına imkan yaradır.
 Qədim bir ərəb rəvayəti var: Bir nəfərin var- dövləti başından aşırmış. Hansı işə girişirmişsə, hədsiz mənfəət götürürmüş. Ağıllı bir adamdan bunun səbəbini soruşur. Həmin adam cavab verir ki, yeməyi dəvə üstündə ye, biləcəksən. Dövlətli şəxs məsləhətə əməl etsə də, qazancı daha da artır. Yenə də ağıllı adamın yanına gedib heç bir dəyişiklik olmadığını söyləyir. Ağıllı adam deyir:
 - Mən elə bildim ki, sən dəvənin üstündə yemək yeyəndə çörək qırıntıları ətrafa səpələnəcək. Amma görünür, sən süfrəni elə düzəldibsən ki, hətta dəvə üstündə də itkiyə yol vermirsən. Bərəkət də bu qənaətin hesabına yaranır.
 Bu rəvayətin mənası budur ki, bir tikə çörəyin də qədrini bilən adam mənasız yerə heç nə sərf etmir və ona görə gördüyü bütün işlərdə uğur qazanır.





"İqtisadiyyat" haqqında ümumi məlumat əldə etdik.İndi də Azərbaycanın iqtisadiyyatı haqqında müəyyən məlumatlara nəzər salaq.Bunun üçün sadəcə olaraq  kursoru aşağıdakı saytın üstünə gətirib sıx.


http://www.azerbaijan.az/_Economy/_GeneralInfo/_generalInfo_a.html








Hiç yorum yok:

Yorum Gönder