İQTİSADİ PİROQ


                                                    “ İqtisadi    piroqun” hazırlanma qaydası
  
Yəqin ki,hamının   sevimli  piroqu var.Kimi şokaladlı- kremli, kimi almalı, bəziləri də giləmeyvəli piroq xoşlayır.Bu gün biz sizinlə tamamilə başqa bir  piroqun hazırlanması ilə tanış olacağıq.Biz öz resurslarımızdan  “iqtisadi piroq “ hazırlayacağıq.Bəs bu piroqun ölçüsünü,yəni istehsal edilən əmtəə və xidmətlərin ümumi həcmini necə müəyyənləşdiririk? Bunun üçün ən yaxşı  ölçü ümumu daxili məhsuldur(ÜDM) .ÜDM müəyyən zaman ərzində istehsal edilən əmtəə və xidmətlərin bazar  dəyəridir.Adətən "ÜDM" bir il ərzində istehsal olunan yekun əmtəə və xidmətlərin dəyərini toplamaqla  müəyyənb edilir.İqtisadiyyatda ÜDM göstəricisi çox tez-tez xatırlanır.Ona görə maraqlıdır ki, bu göstəriciyə nə daxildir.
ÜDM yalnız hazır olan əmtəələri əks etdirir.Bir xüsusiyyəti də ondan ibarətdir ki,burada  ancaq ölkənin sərhədləri daxilində istehsal edilmiş əmtəə və xidmətlər aid edilir.Əgər ölkəyə məxsus olan hər hansı şirkət xarici ölkədə fəaliyyət göstərirsə və orada əmtəələr və xidmətlər istehsal edirsə,o  ÜDM-ə aid edilmir.
Bizim “iqtisadi piroq”umuzum ölçüsü aşağdakı amillərdən asılıdır:
1)maddi istehsal dairəsində tətbiq edilən əməyin kütləsindən
2)maddi istehsal dairəsində çalışan işçilərin əmək məhsuldarlığının artmasından
3)istehsal vasitələrinə qənaət edilməsindən.
Deməli,əgər bu piroqdan böyük dilim pay almaq istəyirsənsə  , yaxşı da çalışmalısan.











Hiç yorum yok:

Yorum Gönder