ƏN VARLI KİMDİR ?


Dünyanın ən varlı  adamı kimdir? 

“Forbes” jurnalının versiyası üzrə dünyanın ən varlı adamlarının siyahısına ilk dəfə meksikalı başçılıq edib. Bu, telekommunikasiya maqnatı Karlos Slim Eludur. Onun sərvəti 53,5 milyard dolları ötüb. Meksikalı iş adamı ötən ilki lider Bill Geytsi (“Microsoft” konserninin qurucusu) yarım milyard dolar qabaqlayıb. Ən varlı alman məşhur “Aldi” diskaunterinin sahibi Karl Albrextdir. “Forbes” onun sərvətini 23,5 miyard dollarla dəyərləndirib. Bütövlükdə Almainyada 53 milyarder var. “Frankfurter Allgemeine” qəzetinin onlayn-portalının məlumatına görə, böhranlı 2009-cu ildən sonra bütün dünyada milyarderlərin sayı mini ötüb.Milyarderlərin sayına görə ABŞ (403) öndədir. İkinci yeri Çin (64), üçüncü yeri isə Rusiya (62) tutur. “Forbes”in məlumatına görə, daha çox milyarder Nyu-Yorkda (62) yaşayır. İkinci yeri Moskva (50), üçüncü yeri isə London tutur (32).

Dünyanın ən varlı adamları - Siyahı
T


Bu il siyahıya 210 nəfər əlavə olunub




«Forbes» jurnalı dünyanın ən varlı adamlarının növbəti reytinqini dərc edib.

2013-cü ildə dünyanın ən varlı adamı adını yenə də meksikalı telekommunikasiya maqnatı Karlos Slim özündə saxlayır. Onun var-dövləti 73 milyard dollar təşkil edir. Onun ardınca reytinqdə «Microsoft»un qurucusu Bill Geytsin adı gəlir (67 milyard dollar). Üçüncü yerdə ispaniyalı biznesmen «Inditex» biznes-qrupunun qurucusu və keçmiş prezidenti Amansio Orteqadır (57 milyard).

Jurnalın versiyasına görə, dünya milyarderlərinin ilk yüzlüyündə IT sahəsinin xeyli nümayəndəsi var. Onlarına sırasında «Oracle»ın baş direktoru Larri Ellisonu (5-ci yer, 43 milyard dollar), «Amazon.com» un baş direktoru Ceff Bezos (19-cu yer, 25 milyard 200 milyon), «Google»un qurucuları Larri Peyc (20-ci yer, 23 milyard) və Sergey Brin (21-ci yer, 22 milyard 800 milyon), «Facebook»un qurucusu Mark Tsukerberq (66-cı yer, 13 milyard 300 milyon) və başqaları var.

«Forbes»in reytinqinə daxil olan varlıları ümumi kapitalı 2013-cü ildə 5 trilyon 400 milyard dollar təşkil edib. Keçən il bu rəqəm 4 trilyon 600 milyard dollar idi. Bu il siyahıya 210 nəfər əlavə olunub. İndi siyahıda 1426 nəfər var.

Ən çox milyarder ABŞ-dadır – 442 nəfər. İkinci yerdə Asiya (386), üçüncü yerdə isə Avropadır (366 nəfər). /apa/


Dünyanın ən varlı  ölkəsi hansıdır?



Amerikanın məşhur “The Forbes” jurnalı dünyanın ən varlı ölkələrinin siyahısını açıqlayıb.ANN.Az-ın “The Forbes”-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, 1.7 milyon əhalisi olan Qətər dünyanın ən varlı ölkəsidir.
2010-cu ildə Qətərdə adambaşına düşən ümumi daxili məhsul 88 min dollar olub. Qətər dünyada ən böyük üçüncü təbii qaz ehtiyatına malikdir.
İkinci yerdə adam başına 81 min dollar ümumi daxili məhsulla yarım milyon əhaliyə malik Luksemburq gəlib.
Dünyanın ən zəngin ölkələrini müəyyənləşdirmək üçün “Forbes” jurnalı 182 ölkənin adam başına düşən ümumi daxili məhsulunu müqayisə edib. Həmçinin  Beynəlxalq Valyuta Fondunun məlumatlarında da istifadə edilib.
Dünyanın ən zəngin ölkələri:1. Qətər
2. Luksemburq
3. Sinqapur
4. Norveç
5. Bruney
6. Birləşmiş Ərəb Əmirlikləri
7. ABŞ
8. Honkonq
9. İsveçrə
10. Niderland
11. Avstraliya
12. Avstriya
13. İrlandiya
14. Kanada
15. Küveyt
Dünyanın ən kasıb ölkələri siyahısında isə Burundi, Liberiya və Demokratik Konqo Respublikası qərarlaşıb.


Hiç yorum yok:

Yorum Gönder